Yanlışlıqları tənqid edənlərin yanlışlıqları...

Hazırda oxunan: Yanlışlıqları tənqid edənlərin yanlışlıqları...

67797
xa0Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Teyyub Qənioğlu Moderator.az-a aşağıdakı məzmunda bir yazı göndərib:

"Sizin saytınızda Dilqəm Əhmədin xa0“Fazil Mustafanın yanlışları”x9d adlı yazısını oxudum. Bəri başdan deyim ki, Fazil Mustafanın nə Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri, nə də Azərbaycan dövlətinin tarixi haqda fikirlərini bölüşmürəm və onları ziyanlı hesab edirəm.
Dilqəm Əhmədin xa0Fazil Mustafanın yanlışlıqları barədə bəzi fikirlərini bölüşsəm də, onun özünün də yanlışlıqlara yol verdiyini hesab edirəm.Yazısının bir neçə yerində şiəliklə sünniliyi müqayisə edən Dilqəm Əhməd yazır ki, “... mənim üçün heç birinin fərqi yoxdur”x9d. Amma şiəliklə sünnilik arasında heç bir fərq qoymadığını yazan Dilqəm Əhməd qeyd edir ki: “Şah İsmayılın şiəliyi seçməsinə gəldikdə isə nə yaxşı ki, şiəliyi seçib, yoxsa bu gün Azərbaycandan Suriyaya gedənlərin sayı yüz qat artıq olacaqdı”x9d. Dilqəm Əhmədin və onun kimilərinin nəzərinə çatdırmaq istəyirəm ki, yanlışlıqları tənqid edəndə yanlışlıqlara yol verməyin özü də xətalıdır."
xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin