Ağdamın bu kəndlərində əkin sahəsini sel suyu dağıda bilər - FOTO

Hazırda oxunan: Ağdamın bu kəndlərində əkin sahəsini sel suyu dağıda bilər - FOTO

67782

Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağmağı Qarqar çayına sel sularının gəlməyinə səbəb olub. 

Bizim.Media-nın Qarabağ bürosu  xəbər verir ki, çay yatağında sel sularının artma ehtimalı Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi  riskini artıra, təkcə Ağdam rayonunun  Əfətli və Evoğlu  kəndlərinin 1400  hektara   qədər əkin sahəsini dağıda bilər. 

Kənd sakinlərinin sözlərinə görə, suyun qarşısını almaq üçün artıq bəndlər uçurulub. Beləliklə də  Qarqar çayında məcrasından çıxan su yenidən Qarqar çayına yönləndirilir. 

Kənd sakinləri onu da qeyd edib ki, sel sularının işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatları da gətirmə ehtimalı var.

Minaların gəlmə ehtimalı isə yerli sakinlərlə yanaşı çay yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan fəhlə və sürücülər üçün həyati təhlükə yarada bilər.

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin