Hər kəs xəsarət alanlarla bağlı TƏBİB-dən məlumat ala bilər - Vüqar Qurbanov

Hazırda oxunan: Hər kəs xəsarət alanlarla bağlı TƏBİB-dən məlumat ala bilər - Vüqar Qurbanov

67757

Partlayışda xəsarət alanlarla bağlı istənilən vətəndaş TƏBİB-dən məlumat ala bilər

Xəstəxanalar və vətəndaşlar TƏBİB-ə müraciət edərək partlayışda yaralananlar barədə mütəmadi məlumat ala bilər.

Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədr vəzifəsin icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti hər an nəzarətdədir.

"Müraciət edən şəxslər hər bir xəstəxana haqqında tam dolğun məlumat ala bilərlər. Həmçinin TƏBİB-in mətbuat xidməti və biz hər bir saat ərzində bu barədə məlumatları ictimaiyyətlə bölüşəcək", deyə V. Qurbanov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin