Partlayışda xəsarət alan 6 nəfərin vəziyyəti ağırdır - TƏBİB

Hazırda oxunan: Partlayışda xəsarət alan 6 nəfərin vəziyyəti ağırdır - TƏBİB

67722

Aprelin 3-də Səbail rayonunun Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin altısının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, altı nəfərin isə stabil olaraq qiymətləndirilir.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən Bizim.Media-ya bildirilib ki, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıb.

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən partlayışla bağlı məlumat: Yaralılardan 13-ü kişi, 11-i qadındır


TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin