Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə yanvar ayının əvvəlində başlayacaq.
Bizim.Media ''Anadolu'' agentliyinə istinadla xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə vətəndaşlarına eyni vaxtda peyvənd tətbiq olunacaq.
TƏBİB rəhbəri koronavirusla mübarizə protokolları və tətbiqləri ilə əlaqədar araşdırmalara başladıqlarını ifadə edib:
“Hər sahədə olduğu kimi pandemiya ilə mübarizədə də qardaş Türkiyə ilə bir yola çıxacağıq. Türkiyə və Azərbaycan vətəndaşları eyni zamanda peyvəndlənməyə başlayacaq. Ölkəmizdə vaksinasiya yanvar ayının əvvəlindən başlayacaq”.
Ramin Bayramlı Azərbaycanda koronavirus peyvəndinin pulsuz tətbiq ediləcəyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:13 / 29.12.2020
''Azərbaycan Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlayacaq'' - TƏBİB
Hazırda oxunan: ''Azərbaycan Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlayacaq'' - TƏBİB
Hazırda oxunan: ''Azərbaycan Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlayacaq'' - TƏBİB
6772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.