Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprelin 3-də başlayacağını iddia edənlərə cavab verib.
Bizim.Media xəbər verir ki, Allahşükür Paşazadə QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvanın AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyini deyib.
“Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib.
Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq", - deyə A.Paşazadə qeyd edib.
QMİ sədri APA-ya açıqlamasında bildirib ki, adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq.
"Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, - A.Paşazadə vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:41 / 02.04.2022
Allahşükür Paşazadədən Ramazan ayının aprelin 3-də başlaması İDDİALARINA CAVAB
Hazırda oxunan: Allahşükür Paşazadədən Ramazan ayının aprelin 3-də başlaması İDDİALARINA CAVAB
Hazırda oxunan: Allahşükür Paşazadədən Ramazan ayının aprelin 3-də başlaması İDDİALARINA CAVAB
67674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.