Azərbaycanın özünün kompüteri, avtomobili nə vaxt olacaq? – Mane olan SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanın özünün kompüteri, avtomobili nə vaxt olacaq? – Mane olan SƏBƏBLƏR

67630

“Bazar iqtisadiyyatı dəyərləri ölkəmizdə tam oturuşmadığından bu sahə üzrə edilən yerli təşəbbüslər də dayanıqlı xarakter daşımır”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Nazim Bəydəmirli Azərbaycanda bir vaxtlar yerli avtomobil, kompüter, televizor və s. bu kimi texniki avadanlıqların istehsalına başlanılsa da, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, həmin təşəbbüsün geniş vüsət almaması səbəblərindən danışarkən deyib: 

“Azərbaycan daxilində avtomobil, kompüter və s. bu kimi texnika istehsalı sahəsində istifadə edilən ehtiyat hissələrinin demək olar ki, hamısı xaricdən gətirilib. Sadəcə burada onların yığımı həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kompüter istehsalı artdı


Nəticədə bu sahələrdə istehsal həyata keçirilsə də, həmin təşəbbüslər dövlət vəsaitinin mənimsənilməsinə yönəldiyindən və piar xarakteri daşıdığından ölkəmizdə geniş vüsət ala bilməyib. Həmçinin, inhisarçılıq səbəbindən ciddi şirkətlər Azərbaycanın neft-qaz sənayesi istisna olmaqla, investisiya qoyuluşu baxımından qeyri-neft sektoruna maraq göstərmirlər. Nəticədə bu sahələr üzrə edilən təşəbbüslər də sonda ciddi rezonans doğurmadı”.

Ekspertin fikrincı, bu istiqamətdə atılan addımların iqtisadi əsası olmalıdır:

“Azərbaycanda isə bu sahə axsayır. İqtisadi rəqabət ciddi olmadıqca, mülkiyyət hüquqlarının qorunması tam olaraq öz həllini tapmayınca, bu kimi yerli təşəbbüslər də dayanıqlı olmayacaq. Onların istehsal etdiyi az sayda bu tip məhsullar isə yalnız büdcə təşkilatlarına satılır. Digər tərəfdən, həmin yerli məhsulların bir müddətdən sonra təmiri də mümkün deyil. Çünki alt yapısı, mütəxəssislər də yoxdur”.

Yazımızın sonunda xatırladaq ki, Naxçıvanda, Gəncədə, Neftçalada avtomobil istehsalı ilə məşğul olan müəssiələrimiz var. Amma ekspertin də dediyi kimi, bu avtomobillər Çinin, Belarusun, Rusiyanın və İranın istehsal etdiyi avtomobil hissələrinin hesabına yığılır. Yəni, bir şurup belə ölkədə istehsal edilmir. O cümlədən kompüter istehsalı ilə məşğul olan digər müəssislərimiz də bu prinsiplərin əsasında fəaliyyət göstərir.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin