Lerik rayonunun Ordahal və Veri-Əliabad kəndlərində torpaq sürüşmələri baş verib.
Bizim.Media Cənub bürosu xəbər verir ki, bu barədə axşam saatlarında rayonun fövqəladə hallar üzrə komissiyasına məlumat daxil olub.
Torpaq sürüşmələrinə son zamanlar yağıntı miqdarının çox olması səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Lerikdəki torpaq sürüşməsi ilə bağlı YENİ AÇIQLAMA
Veri-Əliabad kəndində 6 ev, Ordahalda isə 4 yaşayış evi üçün təhlükə yaranıb.
Veri-Əliabad kəndi ərazisində əvvəllər də bir neçə dəfə torpaq sürüşmələri baş versə də, Ordahaldakı sürüşmə yeni aktiv ərazi hesab olunur.
Sabah ETSN-nin mütəxəssailəri əraziyə baxış keçirəcəklər.
Bizim.Media