"Bu gün Bakı şəhərinin mərkəzində etiraz edən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Şahbaz Quliyevə ötən ilin mart iyun ayının 17-dən ümumi səbəbdən II qrup əlillik təyin edilib".
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev bildirib.
Onun sözlərinə görə, Ş.Quliyev aylıq 180 manat məbləğində müavinət alır.
MÖVZU İLƏ BAĞLI:
Dilqəm Əsgərov 6 il saxlanıldığı Şuşa türməsində - “Şahbaz mənə maraqlı deyil”- FOTO
"Çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir. Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir.
Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub. Ş.Quliyevə isə bu il martın 30-da heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O, öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib.
Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib.
Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası isə həqiqəti əks etdirmir", - deyə M.Musayev əlavə edib.
Bizim.Media