Vətən müharibəsinin qəhrəmanlarından olan Topçu Vüsal kimi tanınan 19 yaşlı əsgər Vüsal Şahkərimovun sosial şəbəkələrdə şəklinin altına xoşagəlməz rəy yazan məktəb direktoru cəzalandırılıb.
Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə V. Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olan şərhlə bağlı araşdırma aparılıb.
Məktəb direktoru məsələ ilə bağlı izahatında həmin şərhin diqqətsizlik və texniki səhv nəticəsində V. Şahkərimovun şəklinin altına düşdüyünü bildirib.
''O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər Vüsal Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib. Mailə İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə təhsil naziri Emin Əmrullayevin əmri ilə töhmət verilib'', - deyə idarədən qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 29.12.2020
Topçu Vüsal haqqında xoşagəlməz rəy yazan direktor cəzalandırıldı
Hazırda oxunan: Topçu Vüsal haqqında xoşagəlməz rəy yazan direktor cəzalandırıldı
Hazırda oxunan: Topçu Vüsal haqqında xoşagəlməz rəy yazan direktor cəzalandırıldı
6753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.