Xaricdə təhsil alan 600-dən çox tələbəyə müavinət verilib

Hazırda oxunan: Xaricdə təhsil alan 600-dən çox tələbəyə müavinət verilib

6752

"COVID-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15 000-dən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilib".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

"Cari ildə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vasitəsilə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə mailiyə dəstəyi göstərilib, həmçinin 20 ölkədə yaşayan 600 nəfərdən çox son dərəcə çətin vəziyyətdə olan tələbələrin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilib", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin