Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin birinci rübündə isə “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə üzrə 70 müraciət daxil olub. Bu dövrdə övladlığaverilən uşaq sayı 54 olub ki, onlardan 31 nəfəri oğlan, 23 nəfəri isə qızdır.
Qeyd edilib ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.
Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 01.04.2022
Bu il 54 uşaq övladlığa verilib
Hazırda oxunan: Bu il 54 uşaq övladlığa verilib
Hazırda oxunan: Bu il 54 uşaq övladlığa verilib
67498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.