“Azərbaycanda nəyinsə düz olacağına inanmıram”x9d

Hazırda oxunan: “Azərbaycanda nəyinsə düz olacağına inanmıram”x9d

67443

KİV-də vəzifəli şəxslərin gəlir bəyannaməsinin cari ildən etibarən elan ediləcəyi ilə bağlı xəbərlər yer almaqdadır. Maraqlıdır, hər şeyin qeyri-şəffaf olduğu ölkəmizdə məmurların gəlir bəyannaməsinin şəffaf olacağına inanmaq olarmı?

Moderator.az-a açıqlama verən görkəmli hüquqşünas Aslan İsmayılov bu ölkədə nəyinsə düz olduğuna inanmadığını vurğuladı:

“Məmurların gəlir bəyannaməsinin elan edilməsi reallaşsaydı, bu, özlüyündə həqiqətən də əla olardı. Əslində bu, çoxdan gerçəkləşməsi gərəkən bir məsələdir. Lakin həmin bəyannamələrdə əksini tapacaq məlumatların doğruluğuna gəlincə, buna inanmaq həqiqətən də çətindir. Ümumiyyətlə, Azərbaycanda nəyinsə düz olacağına inanmıram. Nə vaxt seçkilər ədalətli keçsə, o zaman inanmaq olar ki, digər məsələlərdə də şəffaflıq var və ya ola bilər”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin