Cəlilabadda qardaşı arvadını öldürən qayınla bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Cəlilabadda qardaşı arvadını öldürən qayınla bağlı YENİ XƏBƏR 

67423

Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
Aparılan araşdırmalarla zərərçəkmişin ərinin qardaşı, 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. 

*** 09:09

Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın “Report”a istinadən verdiyi məlumata görə, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub. 

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini 1973-cü il təvəllüdlü Südabə Əlixan Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan Həsənov tərəfindən bıçaqla qətlə yetirilib. 

Həmin vaxt M. Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin