Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatdı: 58 partiyadan 34-ü  

Hazırda oxunan: Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatdı: 58 partiyadan 34-ü  

67421

Bu gün siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatıb. 

Bizim.Media xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. 

MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. 

Qeyd edək ki, indiyədək isə qeydiyyatda olan 58 partiyadan 34-i illik maliyyə hesabatını MSK-ya təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin