ABŞ-ın Azərbaycandakı səfiri Astaraya səfər etdi - FOTO

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfiri Astaraya səfər etdi - FOTO

67386

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Astarada səfər edib və rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşüb. 

Səfər zamanı səfiri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəsi və digər qonaqlar müşayiət ediblər. 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səfiri və onunla gələn  nümayəndə heyətinin salamlayıb, Astara rayonunun sosial-iqtisadi inkişafı, turizmi, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş məlumat verib. 

İcra başçısı tərəfindən səfiri maraqlandıran suallar cavablandırılıb, rayonda kənd təsərrüfatının, o cümlədən subtropik meyvəçiliyin, sitrusçuluğun, çayçılığın və çəltikçiliyin inkişafı üçün görülmüş işlər, müasir innovativ üsullarla salınmış intensiv meyvə bağlarında yaradılan şərait barədə geniş məlumat verilib.

Həmçinin, bu sahədə qarşılıqlı işgüzar əlaqələrin qurulması, kənd təsərrüfatı mütəxəssislərinin təcrübə mübadiləsinin aparılması, ABŞ investorlarının və turistlərinin Astara rayonuna cəlb edilməsindən ötrü fikir mübadiləsi aparılıb.    
Örl Litzenberqer səmimi və işgüzar görüşün təşkilinə görə təşəkkür edib. Səfir ABŞ-Azərbaycan əlaqələri çərçivəsində ölkəmizdə, o cümlədən Astarada  görülmüş işlər barədə məlumat verib, gələcəkdə burada həyata keçiriləcək layihələr barədə veriləcək təkliflərin müsbət həlli üçün çalışacağını bildib.  

Astaranın Azərbaycanın çox gözəl və səfalı guşəsi olduğunu vurğulayan səfir, bundan sonra rayona tez-tez səfər edəcəyini qeyd edib. 

Səfər çərçivəsində Örl Litzenberqer Astara Gömrük Keçid Məntəqəsində ABŞ tərəfindən təqdim olunan avadanlıqların işinə baxış keçirib, Astara Pedaqoji Kollecində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən təşkil olunan Laboratoriyanın kompüter otağının açılış mərasimində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin