Qanlı dərədə 1918-ci il mart soyqırımı qurbanları anıldı - FOTO

Hazırda oxunan: Qanlı dərədə 1918-ci il mart soyqırımı qurbanları anıldı - FOTO

67339

Qusarda 1918-ci il mart soyqırımı qurbanları hörmətlə yad edilib.

Bizim.Media xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günündə Qusar şəhərində 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba sakinlərinin xatirəsinə salınmış abidə ziyarət olunub.

Qusar RİH başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, ictimaiyyət nümayəndələri bütün soyqırım qurbanlarını yad edərək Qanlı dərədə ucaldılan abidə önünə tər güllər düzüblər.

Qeyd edək ki, 1918-ci ildə erməni daşnakları Quba qəzasına basqın edərkən Qubanın Digah kəndi yaxınlığında Şimi dərəsi adlanan ərazidə azərbaycanlıların və ləzgilərin ciddi təpkisilə rastlaşıblar.
Silahlı erməni banditləri onların qarşısını kəsərək əliyalın kəndliləri burada amansızlıqla öldürüblər.

İndi Digah kəndinin Şimi dərəsi o qurbanların şərəfinə Qanlı dərə adlanır.

Sonra Qusar şəhərindəki Rəsm qalereyasında soyqırımdan bəhs edən foto-stendə baxış keçirilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin