Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, peyk görüntülərindən əldə olunan məlumata görə, respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur.
G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:27 / 31.03.2022
Sabah Bakıda toz dumanı müşahidə olunacaq
Hazırda oxunan: Sabah Bakıda toz dumanı müşahidə olunacaq
Hazırda oxunan: Sabah Bakıda toz dumanı müşahidə olunacaq
67319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.