Gənc xanım metroda huşunu itirdi - FOTOLAR

Hazırda oxunan: Gənc xanım metroda huşunu itirdi - FOTOLAR

67299
Bu gün Bakı metrosunun "28 May" stansiyasında xoşagəlməz hadisə baş verib. Belə ki, təxminən 20-25 yaşlarında olan bir xanım sərnişin huşunu itirərək, yerə yıxılıb.xa0
Hadisənin şahidlərinin Musavat.com-a verdikləri məlumata görə, huşunu itirərək yıxılan qızın vəziyyətinin pisləşməsi metrodakı havasızlıq şəraiti ucbatından baş verib.xa0
Belə ki, Bakı metrosunun "28 May" stansiyasında basabas olduğundan qızın halı pisləşib və o, huşunu itirib. Sərnişinlərin köməkliyi ilə halı pisləşən xanım metro stansiyasından bayira çıxarılıb.xa0
Hadisə yerinə Bakı Metropoliteninin işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. Həkimlər tərəfindən gənc xanıma ilkin yardım göstərilib və o, xəstəxanaya aparılıb.xa0





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin