Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Quba Soyqırım Memorial Kompleksi”ndə olarkən Bizim.Media-nın suallarını cavablandırıb.
O, bir müddət əvvəl qaldırdığımız Quba şəhərindəki Günbəzli hamamın (el arasında Çuxur hamam adamlanır) daimi mühafizəçisi olmaması ilə bağlı sualımıza münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Aleksandr Dümanın Qubada çimdiyi HAMAM – Qapılarına kim qıfıl vurub? - FOTO
“Nazirliyin regional idarələrində abidə mühafizəçiləri fəaliyyət göstərirlər. Bu Nazirlər Kabinetinin müvafiq qərarı əsasında formalaşdırılıb. Abidə mühafiəzçilərinə hər abidə üçün deyil, müəyyən say və istiqamət üzrə abidələr təqdim olunur və onlar mühafizə edirlər.
Qeyd edək ki, tarixi Çuxur hamam 1918-ci ildə ermənilərin dinc Quba sakinlərinə işgəncə vermək məkanı olub.
Günahsız insanlar burada hamamın buxarısında boğularaq qalanlanaraq quyulara atılıb.
Aytəkin Alxaslı, Bizim.Media