Əlövsət Əliyev əcnəbilərə övladlığa verilən uşaqlardan danışdı

Hazırda oxunan: Əlövsət Əliyev əcnəbilərə övladlığa verilən uşaqlardan danışdı

67239
Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Əlövsət Əliyev azərbaycanlı uşaqların övladlığa verilməsi məsələsindəıki mövcud acınacaqlı durumu tənqid edib:

"Bir necə ay əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 aylıq körpənin əcnəbiyə övladlığa verilməsi ilə bağlı bir razılıq məktubu təsadüfən əlimə keçdi və bu sahədə illərdir aparılan söhbətlərin, uşaq alverinə qarşı mübarizənin, uşaqların və ölkə vətəndaşlarının mənafelərinin bu Komitəyə aid olmadığı qənaətinə gəldim. Daha sonra Nəsimi məhkəməsində Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilərə əsassız olaraq övladlığa verilməsi ilə bağlı əldə etdiyim qətnamələr də məndə bu halların yenidən artması fikrini formalaşdırdı.
Uşaq Hüquqları haqqında Konvensiya, Uşaqların Müdafiəsi və Ölkələrarası Övladlığa Götürülmə haqqında Haaqa Konvensiyası, Ailə Məcəlləsi və digər normativ hüquqi sənədlər övladlığa götürülmənin uşağın mənafeyinə uyğun şəkildə yerinə yetirilməsini tələb edir.xa0
2007-ci ilə kimi uşaqların əcnəbilərə övladlığa verilməsi açıq-aydın müəyyən şəxslər üçün qazanc mənbəyinə çevrilsə də KİV-in müdaxiləsi və bəzilərinin cinayət məsuliyyətinə cəlb olunması son illər bu hallarına sayının azalmasına səbəb olmuşdu.
Əslində mövcud qaydalara görə yalnız AR vətəndaşı övladlığa götürmək istəmədiyi uşaq əcnəbiyə övladlığa verilə bilər. Yuxarıda qeyd etdiyim məktubda göstərildiyim kimi 2 və ya 3 aylıq uşaq əcnəbilərə övladlığa verilirsə və buna ən yüksək səviyyədə razılıq verilirsə, deməli həmin uşaq Azərbaycan ailələrinə övladlığa götürmək üçün təqdim olunmayıb.
2010-cu ildən Təhsil Nazirliyində övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. Fikrimcə həmin siyahı görüntü xarakteri daşıyır. Çünki siyahıda yalnız 8-17 yaş arasında olan sağlam uşaqlar haqqında məlumat var. Bəs yaşı 8- dən az olan uşaqlar haqqında məlumatları necə əldə etmək olar? Övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların əksəriyyəti 0-5 yaş arasında olan uşağı övladlığa götürmək istəyirlər.
Azərbaycan vətəndaşı növbə ilə uşaq götürmək istədiyi zaman Bakıya hər hansı rayondan ən azı 15-16 dəfə gəldiyi halda əcnəbi 3 aylıq sağlam Uşağı Azərbaycana bircə gəlişi ilə övladlığa götürə bilirsə, deməli bu sahədə yenidən ciddi araşdırmalar aparılmalıdır.xa0
Ümid edirəm ki, jurnalist dostlarım dəqiq rəqəmlərin əldə olunmasına və bu sahədəki vəziyyəti ictimaiyyətə açıqlamağa nail olacaqlar."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin