Baş prokuror Kamran Əliyev ölkəmizə səfər edən Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də prokurorluqda həyata keçirilən islahatlardan söhbət açaraq prokurorluqda cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə geniş məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Baş prokuror Kamran Əliyev kollegiya iclası keçirdi - FOTO
Kamran Əliyev cari ilin may ayında Bakıda layihə çərçivəsində baş tutacaq Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskienenin səfərini və sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Jidrunas Bartkus Avropa İttifaqı, o cümlədən Litva tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
O, aprelin 1-də keçiriləcək “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsinin rəhbər komitəsinin ilk iclası və gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media