Hələlik ölkədə parklanma yerləri ilə bağlı tariflər mövcud deyil. 2 ay əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırladı və Nazirlər Kabinetinə təqdim etdi. Həmin konsepsiyada BNA-nın digər məsələlərlə yanaşı tariflərlə də bağlı təklifləri yer alıb.
Hansı ki, Nazirlər Kabineti konsepsiyanı təsdiq etdikdən sonra ictimaiyyətə tarifləri açıqlamalıdır.
MÖVZU İLƏ BAĞLI:
BNA sürücülərə cərimə yazmağa davam edəcək? – Ekspert qanuna uyğun olmayanı İZAH ETDİ
Bəs, məsələ nə yerdədir?
Təssüf ki, sözügedən məsələ ilə bağlı Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədovdan hər hansı cavab ala bilmədik. Sorğumuzu qəbul edən qurum rəsmisi əslində suala susqunluq nümayiş etdirib.
Bakı Nəqlyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də saytımıza açıqlamasında parklanma tarifləri ilə bağlı konsepsiyanı ictimaiyyətə Nazirlər Kabinetinin açıqlamalı olduğunu bildirib.
Xatırladaq ki, tariflərin təsdiqindən əvvəl xeyli müddətdir ki, paytaxt küçələrinin parklanmaya uyğunlaşdırılması, yol infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması, yol hərəkətinin təşkili üçün zəruri olan çatışmayan yol nişanlarının quraşdırılması kimi işlərə başlanılıb. Bu işlər isə hələki yekunlaşdırılmayıb.
Daha doğrusu Mais Ağayevin bildirdiyinə görə, Bəsti Bağırova küçəsi parklanmaya uyğun olaraq yenidən qurulub və orada gedən bütün işlər yekunlaşıb.
Hazırda isə Məhəmməd Naxçıvani və həmin iki küçə ilə kəsişən digər küçələrdə iş aparılır.
Xatırladaq ki, hazırda Bakıda 15 min avtomobillik parklanma yeri müəyyənləşib. Belə ki, bir neçə il əvvəl BNA parklanma yerləri üçün Bakı Şəhər İcra Hakimiyyətindən 10 minə yaxın yer alıb.
Sonradan aparılan analiz və təhlillərdən sonra əlavə olaraq 5 min avtomobillik parklanma yeri də alınıb. Həmin parklanma yerləri müvafiq tariflər təyin olunana qədər pulsuzdur. İlkin mərhələdə 138 avtomobil üçün parklanma yeri təşkil edilib.
Alçina Amilqızı, Bizim.Media