Kirayə evlərlə bağlı QALMAQALLAR - Mübahisələr necə tənzimlənməlidir?

Hazırda oxunan: Kirayə evlərlə bağlı QALMAQALLAR - Mübahisələr necə tənzimlənməlidir?

67167

Bakı şəhəri və ətraf ərazilərdə mənzillərini kirayəyə verən çoxsaylı ev sahibləri var. Lakin məsələ ondadır ki, kirayəşinlə ev sahibi arasında bu zaman əksər hallarda heç bir müqavilə bağlanmır. Bu isə bir sıra hallarda mənzilin yiyəsilə kirayədə qalan arasında mübahisə yarananda, yaşanan bu qalmaqalda kimin haqlı olub-olmadığını qanuni müstəvidə aydınlaşdırmağa imkan vermir.

Bəs, kirayəşinlə ev sahibi arasında yaşanan mübahisələr necə tənzimlənmlidir?  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda kirayə evlər ucuzlaşdı - VİDEO


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ekspert Nüsrət İbrahimov bildirib ki, belə mübahisələrin tənzimlənməsi üçün tərəflər arasında evin kirayəsilə bağlı müqavilə bağlanmalıdır.

Müqavilə olmadıqda isə proses Mənzil Məcəlləsi və Mülki Məcəlləyə əsasən öz həllini tapmalıdır:

“Qanuna müvafiq olaraq, kirayədə qalanla evini kirayəyə verən arasında bu zaman müqavilə bağlanmalıdır. Hansı ki, həmin müqavilədə kirayə şərtləri, tərəflər arasındakı vəzifə və öhdəliklər göstərilməlidir. Burada mənzildə olan daşınar və daşınmaz əmlak, məişət əşyalarının, mebelin siyahısı, texniki vəziyyəti və ödəniş, avadanlıq, mebelin saxlanılması şərtləri göstərilir.
 

Belədə, kirayəşinlə kirayəçi arasında yaranan mübahisələr həmin müqavilə əsasında tənzimlənməlidir. Tərəflər birmənalı şəkildə bu şərtlərə əməl etməlidir.  


Müqavilə olmadıqda isə, hansı ki, buna əksər hallarda rast gəlirik, sözügedən mübahisənin tənzimlənməsi üçün Mənzil Məcəlləsi və Mülki Məcəllədəki müvafiq maddələr işə düşür”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin