Xocalı rayonundakı Fərrux kəndi ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha 3 azərbaycanlının qalıqları tapılıb.
Bizim.Media qazıntı məkanından görüntüləri təqdim edir.
Xatırladaq ki, bu, insan qalıqlarının aşkarlandığı ilk ərazi deyil. Bundan əvvəl Kəlbəcərin Başlıbel kəndində erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanmışdı.
Başlıbeldə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) - 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülmüşdü.
Bundan başqa, ötən ay Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 30.03.2022
Fərruxda daha 3 azərbaycanlının qalıqları tapıldı - FOTO
Hazırda oxunan: Fərruxda daha 3 azərbaycanlının qalıqları tapıldı - FOTO
Hazırda oxunan: Fərruxda daha 3 azərbaycanlının qalıqları tapıldı - FOTO
67134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.