"Azərbaycan xalqı son iki əsrdə erməni faşizmi və terrorizminə məruz qalıb".
Bizim.Media xəbər verir ki, bunu YAP sədrinin müavini Tahir Budaqov bu gün Qubada "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda baş tutan elmi-parktik konfransda səsləndirib.
Onun sözlərinə görə, son iki əsrdə ermənilər xalqımıza qarşı kütləvi qətliamlar törədib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlər ediblər:
"31 mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımın miqyası böyükdür.
Sıralarında çoxlu sayda ermənilərin cəmləşdiyi Bakı Kommunası "əks inqilabçılara qarşı mübarizə" şüarı altında 1918-ci ilin martında Bakı Quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd edib.
Erməni quldur dəstələri təkcə Bakıda deyil, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Lənkəranda, Naxçıvanda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırım törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu”.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 30.03.2022
“Azərbaycan xalqı son 2 əsrdə erməni faşizminə məruz qalıb” – Tahir Budaqov
Hazırda oxunan: “Azərbaycan xalqı son 2 əsrdə erməni faşizminə məruz qalıb” – Tahir Budaqov
Hazırda oxunan: “Azərbaycan xalqı son 2 əsrdə erməni faşizminə məruz qalıb” – Tahir Budaqov
67116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.