Müxalifət partiyası olsaq da, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasəti tam dəstəkləyirik.
Bunu Moderator.az-a açıqlamasında ASDP sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev “böyük qardaş”x9d axtarışından imtina edib, bütün ölkələrlə bərabərhüquqlu dövlət kimi dost olub, əməkdaşlıq etmək istəyir:
“Bu da Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur. Bizə hr hansı “böyük qardaş”x9d və “böyük arxa”x9d lazım deyil. Buna görə də Azərbaycana qarşı təzyiqlər var və biz bu təzyiqləri pisləyirik. Biz müxalifət olsaq da bu məsələdə ölkə başçısını dəstəkləyirik və onun yanındayıq.”x9d
ASDP sədri onu da əlavə etdi ki, bu gün xarici təşkilatlar tərəfindən maliyyələşən QHT-lərə rəsmi olaraq agent adı verilməlidir:
“Çünki hər hansı xarici təşkilat və ya dövlət kiməsə və ya hansısa təşkilata boş-boşuna qrant vermir. Bunun arxasında məqsəd var. Onlar buradakı təşkilatlar vasitəsi ilə öz niyyətlərini həyata keçrimək istəyirlər. Odur ki, onalara rəsmi agent statusu verilməsini təklif edirərm.”x9d































































































