Abşeronda 16 min abunəçinin qazı kəsildi – SƏBƏB

Hazırda oxunan: Abşeronda 16 min abunəçinin qazı kəsildi – SƏBƏB

67090

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

Bu barədə Bizim.Media-ya Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır.

Odur ki, "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin