8 nəfərlik ailə başçısı DYP əməkdaşından Ramil Usubova şikayət etdi

Hazırda oxunan: 8 nəfərlik ailə başçısı DYP əməkdaşından Ramil Usubova şikayət etdi

66928

Moderator.az saytına müraciət edən İmişli rayonu Xəzər küçəsi ev N-02-də məskunlaşan Əliyev Şiravan Mirbaba oğlu Saatlı rayon DYP əməkdaşı Şirəliyev Taleh Saleh oğlu ilə bağlı daxili işlər naziri Ramil Usubova şikayət ünvanlayıb. Müraciətdə deyilir: “

“Ötən ilin iyul ayında Bakıdan İmişli rayonuna gedərkən Saatlı rayon DYP əməkdaşı Şirəliyev Taleh Saleh oğlu məni əsassız yerə saxlayaraq cərimələyib. T.Şirəliyev yazdığını cəriməni onunla “əsaslandırıb”x9d ki,avtomobilimdə setkalı pərdə var. Bundan başqa, T.Şirəliyev mənə təhlükəsizlik kəmərindən istifadə etmədiyimi vurğuladı. Halbuki, qanunvericilik oktyabr 15-nə qədər setkalı pərdədən istifadəyə icazə verib. Bakıdan gələrkən 3 postdan keçsəm də yol polisi əməkdaşlarından heç biri bu barədə mənə hansısa irad və ya xəbərdarlıq ünvanlamayıb. Təhlükəsizlik kəmərinə gəlincə, hərəkətdə olarkən də, T.Şirəliyev tərəfindən saxlanılarkən də təhlükəsizlik kəmərim bağlı olub. Yəni T.Şirəliyevin bu iddiası da tamamilə əsassız və cəfəngdir.  Mən T.Şirəliyevə kəmərimi bağladığımı söyləsəm də o, mənimlə razılaşmadı və faktiki olaraq həqiqəti təhrif edərək mənim təhlükəsizlik kəmərimdən istifadə etmədiyimi qeyd etdi. T.Şirəliyev mənə açıq surətdə bildirdi ki, plan doldurmalıyam və cəriməni də bu səbəbdən yazıram. Mən isə öz növbəmdə vurğuladım ki, qanunun tələblərini pozmamışam və habelə DİN-nin büdcəsini insanları şərləyərək doldurmaq düzgün deyil.

Məsələ ilə əlaqədar olaraq DİN-ə yazılı müraciət ünvanlasam da məsələnin araşdırılması şikayət etdiyim DYP əməkdaşının çalışdığı quruma ”“ Saatlı DYP-nə göndərilib. Saatlı DYP-si isə təbii olaraq araşdırmanı öz əməkdaşının xeyrinə yekunlaşdırıb. Nəticədə T.Şirəliyevin mənə qanunsuz olaraq yazdığı 150 manat cərimə bu gün 240 manata yüksəlib və yəqin ki, yaxın bir neçə gündə daha da yüksələcək.

Cənab nazir. Mən işsiz, 8 baş ailənin dolanışıq məsuliyyətini üzərində daşıyan kasıb bir insanam. Mənim nəinki DİN-nin planını doldurmaq, hətta öz ailəmin minimal ehtiyaclarını belə təmin etmək imkanım yoxdur. Odur ki, sizdən məsələnin ədalətli araşdırılmasına köməklik göstərməyinizi, mənə yazılan qanunsuz cərimənin ləğv edilməsinə yardımçı olmağınızı xahiş edir, T.Şirəliyevin “plandoldurma əməliyyatına”x9d qanun çərivəsində qiymət verilməsini rica edirəm”x9d.

 

Əlaqə telefonu: 051 837-77-87

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin