Din xadimləri Avropa Parlamentini qərəzli qətnaməsini ləğv etməyə çağırdı - BƏYANAT

Hazırda oxunan: Din xadimləri Avropa Parlamentini qərəzli qətnaməsini ləğv etməyə çağırdı - BƏYANAT

66917

Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməyə etiraz olaraq birgə bəyanat qəbul edib. 

Qafqaz Müsəlmanları İdarəsindən Bizim.Media-ya daxil olan bəyanat mətnində deyilir: 

"O Bir Olan Yaradanın Adı ilə!  Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri dindarlarımızın arzu və iradəsini ifadə edərək, 2022-ci ilin martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi ilə bağlı Birgə Bəyanatla çıxış edərək dərin narahatlığımızı bildirir, göstərilən sənədin ikili standartlara və islamofobiya meyllərinə məruz qalan və ermənipərəst siyasəti müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndiririk.

Birmənalı şəkildə bildiririk ki, qətnamə mətnində yer almış fikirlər yanlış və böhtan xarakteri daşıyır və tamamilə qəbuledilməzdir. 

Biz, Zati-Müqəddəsləri Roma Papası Fransisk, Zati-Müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill, digər dini liderlərə və beynəlxalq təsisatlara müraciət edərək din xadimlərindən ibarət nümayəndə heyətlərini işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin dəhşətli nəticələrini öz gözləri ilə görmək məqsədilə Azərbaycana səfərə dəvət etmişik. 

Biz, Azərbaycanda erməni qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə azərbaycanlılara və burada yaşayan digər millətlərin nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti yanlışdan seçərək ədalətin yanında olmağa və bu qərəzli qətnaməni ləğv etməyə çağırırıq". 
Birgə bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit ALeksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili və Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin