“Rəmiş Azərbaycan xalqından, şəhidlərin ruhundan üzr istəməlidir”x9d

Hazırda oxunan: “Rəmiş Azərbaycan xalqından, şəhidlərin ruhundan üzr istəməlidir”x9d

66850

Azərbaycanın xalq artisti Rəmişin Rusiyadakı toyların birində erməni dilində mahnı oxuması cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağıl mətbuata açıqlama verən xalq artisti bu hadisənin 5-10 il bundan öncə baş verdiyini bildirsə də, məlum videonun niyə məhz indi meydana çıxmasını anlamadığını bildirib. Rəmiş bunun ona verilən xalq artisti adını həzm edə bilməyənlərin işi ola biləcəyini də istisna etmədiyini qeyd edib.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən QAT sədri Akif Nağı kimliyindən asılı olmayaraq istənilən Azərbaycan vətəndaşı tərəfindən belə bir addımın atılmasının yolverilməz olduğunu vurğuladı:

 “Bir çoxları bu məsələdə Rəmşin xalq artisti adının alınıb-alınmamasını önə çəkir. Bunu alarlar-almazlar özləri bilərlər. Onsuz da bu ad o qədər gözdən düşüb ki, kimsəyə şərəf gətirmir. Çox hörətdən düşmüş bir addır. Lakin istər xalq artisti olsun, istər adi vətəndaş olsun ”“ kim olur-olsun, fərqi yoxdur, o, harda olmasından asılı olmayaraq fikirləşməlidir ki, Azərbaycan vətəndaşıdır. Azərbaycana qarşı ermənilər tərəfindən təcavüz, soyqırımı törədilib. 4 mindən artıq azərbaycamlı bu gün də erməni əsirliyindədir. Onların arasında qadınlar, uşaqlar da var. Bunlar hər bir azərbaycanlının yaddında, qəbində, ruhunda olmalıdır. Hər bir azərbaycanlı işğaldakı torpaqların azadlığı uğrunda çalışmalıdır. Gitara çalıb-oxumaqla, kef edib pul qazanmaqla iş bitmir. Bu gün mənim hörmət etdiyim müğənnilər belə oxuduqları zaman sifətlərində bir razılıq əlaməti görəndə mən bunu qəbul edə bilmirəm. Hesab edirəm ki, bu gün hər bir müğənnimizin üzündə mahnı oxuduqları zaman belə bir hüzn, kədər olmalıdır. Aıx sən hardan özünü xoşbəxt hesab edə bilərsən ki, necə rahat hiss edə bilərsən ki, dədənin, babanın məzarı düşmən tapdağı altındadır?”x9d

A.Nağının sözlərinə görə, Rəmiş bu məsələdə özünə heç nə ilə haqq qazandıra bilməz və qazandırmağa çalışmamalıdır:

“Rəmiş bu hərəkəri ilə çox böyük bir yanlışlığa yol veribdir. Özünə bəraət qazandırmağa çalışmasın. Çıxıb desin ki səhv etmişəm, başa düşməmişəm, içkili olmuşam, özümdə olmamışam. Azərbaycan xalqından, şəhidlərin ruhundan üzr istəyirəm. Onun yeganə yolu budur. Başqa bir yolu yoxdur”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin