Lənkəranda bank filalından yarım milyondan çox PUL OĞURLANDI - VİDEO

Hazırda oxunan: Lənkəranda bank filalından yarım milyondan çox PUL OĞURLANDI - VİDEO

66828

Banklardan birinin Lənkəran rayon filialından yarım milyon manata yaxın  pul vəsaitinin oğurlanması üzər məhkəmə prosesi başa çatıb.

Bizim.Medi xəbər verir ki, filialın xəzinədarı Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat, 1390 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəyərək talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.

Cəfər Sadıqzadə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin