Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü qeyd olundu - FOTO

Hazırda oxunan: Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü qeyd olundu - FOTO

66797

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri və rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. 


Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət edilib,  xidmətin adından “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında rəsmi hissə ilə davam etib. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə bayramı münasibətilə təbrik edib. 

General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirmiş və müasir dövrdə DTX-nin qarşısında duran əsas vəzifələr barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 103 il ötür


Çıxışının sonunda general-polkovnik Əli Nağıyev əminliyini ifadə edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək. Xidmət rəisi tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə edib.


Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Natiq ötən əsrə ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən danışıb, bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu xüsusi qeyd edib.

Tədbirdə DTX-nin əməkdaşlarının dövlət təltifləri ilə mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan olunmuş, əməkdaşlara mükafatlar təqdim edilib.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İctimai Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş “Görünməyən qəhrəmanlar” adlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin