Gəncədə 31 yaşlı gənci öldürüb qaçan şəxs Bakıda saxlanıldı

Hazırda oxunan: Gəncədə 31 yaşlı gənci öldürüb qaçan şəxs Bakıda saxlanıldı

66794

Martın 23-də saat 23 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Əliyev Abbas Əziz oğlu Gəncənin Abbas Səhhət qəsəbəsi adlanan ərazisində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat vermişdik. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı şəhərin polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində A.Əliyevin həmyerlisi, əvvəllər məhkum olunmuş E.Quliyev tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin