“Rövşən Məmmədov Əli Həsənov metodu ilə işləyir” – Jurnalistlərdən AzTv ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Rövşən Məmmədov Əli Həsənov metodu ilə işləyir” – Jurnalistlərdən AzTv ilə bağlı AÇIQLAMA

6679

“Əgər Rövşən Məmmədov dediyi qədər mediaya açıq olsaydı və AzTV öz fəaliyyətini ictimai müzakirəyə çıxarsaydı, illik mətbuat konfransını məhdud sayda şəxslə keçirməzdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında ''Yeniçağ'' media qurumunun rəhbəri Aqil Ələsgər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun keçirdiyi mətbuat konfransından danışarkən deyib.

Onun sözlərinə görə, bu gün media sahəsində təsadüfi insanların idarəçi vəzifələrinə təyin olunması, bu işdə peşəkarların sayının azalmasına gətirib çıxarıb.

“Mən Rövşən Məmmədovun o fikri ilə tam razıyam ki, həm televiziya məkanında, həm də internet media məkanında təsadüfi insanlar, hansısa “qızıl balığ”ın sayəsində, heç vaxt xəyal etmədiyi yerlərə gəlib çıxan şəxslər var. Eyni zamanda düşünürəm ki, Rövşən müəllim bu sözləri deyəndə qarşısında güzgü olub, o aynaya baxıb danışıb.

Biz yeni gələn televizya rəhbərlərinin fəaliyyətini, etdikləri yenilikləri izləməyə çalışırıq. Yeni studiyaların yaradılması heç də hər zaman ortaya keyfiyyətli işin qoyulması deyil. Hər şey göz qabağındadır”.

A.Ələsgərin sözlərinə görə, ölkənin birinci kanalı hansısa bir hadisə olan zaman başqa televiziyanın canlı yayımına qoşulmamalıdır, əksinə o, digər teleməkanları yayımla təmin etməlidir.
 



“R.Məmmədov şirkətin fəaliyyətini internet televiziyasına çevirib. Məsələn Gəncədə hadisə olan zaman AzTv türk kanallarının canlı yayımına qoşulmamalıdır, özü birbaşa yayıma çıxmalıdır. Deyir texnikamız buna imkan vermir. Bu özlərini acındırıb, dövlətdən bir az da pul qoparmaq üçün acizanə cəhddən başqa bir şey deyil. Bəs, indiyə qədər texnikaya ayrılan pullar hara gedib?”.



“Yeniçağ” saytından sonra ittihamlarda adı çəkilən Konkret.az media qurumunun rəhbəri Fadil Paşayev də Bizim.Media-ya açıqlama verib:

“Bu gün AzTV-də kifayət qədər ciddi, həlli vacib problemlər var. Sizə bir faktı deyim. Onun sonuncu məşhur onlayn mətbuat konfransı zamanı İnformasiya Proqramları Studiyasının “Xəbərlər” redaksiyasında iki qız bir oğlan üstündə saç yoldusuna çıxıb. Onlayn konfrans başa çatdıqdan sonra münaqişə tərəflərini guya sakitləşdirmək istəyən sədr çıxış yolunu qızları məzuniyyətə göndərməkdə görüb”.

Fadil Paşayevin sözlərinə görə, R.Məmmədov kadr siyasəti ucbatından peşəkarları televiziyadan uzaqlaşdıraraq, kanalı səviyyəsiz vəziyyətə gətirib. Televiziyanın sədrinin onun haqqında tənqidi məqalələr yazan mətbu orqanları qərəzli, reket jurnalist adlandırdığını deyən baş redaktor, bunun vaxtilə mediada at oynadan Əli Həsənovun metodu olduğunu söyləyib.

“Məsuliyyətimlə deyirəm ki, o hələ də televiziyada həsənovçuluq siyasətini aparır. Digər məqama nəzər salaq.

Qərəzli sözü dilindən düşməyən amma dünən facebook səhifəsində verilən sualları açıq aydın cavabsız qoyan, kommentləri silən R.Məmmədov və komandası yenə gülünc vəziyyətə düşdü. Yoldaş Məmmədov unudur ki, Aztv atadan qalan miras kanal deyil, dövlətin kanalıdır.
 


MÖVZU İLƏ BAĞLI:

Qohumbazlıq, sülalə şirkəti - AZTV sədrinə qarşı kampaniyanın arxasında kimlər durur?


AZTV sədri tənqidlərə cavab verdi: ''Faktı bizdən eşitmək istəyirsinizsə...

''
AzTV ilə məhkəmədə görüşməyə hazırıq – AÇIQLAMA - YENİLƏNİB


Əldə etdiyimiz məlumata görə Aztv-də çalışanların az qismi maaş, müəyyən hissəsi maaş+qonorar, böyük hissəsi isə yalnız qonorar alır. Burada isə işçilərin haqları kobud şəkildə pozulur. Redaksiyamıza hər gün televiziyadan şikayətlər gəlir. Yaxın adamlarından başqa hər kəs Rövşən Məmmədovun idarəçiliyindən təngə gəlib”,- deyə o, qeyd edib.

“Televiziya Akademiyasını az qala Oksford səviyyəsində təqdim edən sədr gələn ildən 3 il fəaliyyət göstərən “Haber Global” televiziyası tərəfindən 60 ildən çox yaşı olan, peşəkar jurnalist, aparıcı, diktor, redaktor, operator, montajor yetişdirən ana televiziyamıza master-klassların keçiriləcəyini böyük fəxarət hissilə qeyd etdi.

Lider tv-də 15 il idman müxbiri kimi fəaliyyət göstərən R.Məmmədov unudur ki, Azərbaycanın bütün özəl kanalları məhz televiziya məkanının bayraqdarı Aztv-nin yetirmələri hesabına bu günlərə çatıb”.

Fadil Paşayev kanalda baş verən bədbəxt hadisə zamanı dünyasını dəyişən şəxsin ölümünə səbəb məhz televiziyaya yığılan qeyri-peşəkar insanların olduğunu bildirib.
 



“Aztv rəhbəri bu hadisə barədə nədənsə heç bir açıqlama vermir. Televiziya əməkdaşlarından aldığımız məlumata əsasən qeyd olunan şöbədə bu ilin aprel-may aylarında guya təmir bərpa işləri aparılıb və sütun divar hesab olunan əsas təməl dağıdılıb. Rövşən Məmmədov təmir bərpa işlərinin aparıldığını inkar edir və yağış suyu nəticəsində tavanın uçduğunu əsas gətirir.


Bu məsələnin Dövlət Təhlükəsizlik Xidməti (DTX), Respublika Prokurorluğu və aidiyyatı orqanlar tərəfindən hərtərəfli araşdırılması vacibdir. Çünki söhbət insan həyatından, eləcə də bu hadisənin baş verdiyi məkandan gedir”.

Video hesabata dəvət olunmadığını deyən baş redaktor, keçirilən bu tədbirin şou xarakterli olduğunu da deyib.

“Mən onlayn konfransa dəvət olunmamışdım. Çünki Aztv-nin indi səbatsız rəhbəri həqiqətlə üz-üzə qalmaqdan çəkinir. O, çox yaxşı bilir ki, mənim əlimdə əsaslı, kifayət qədər ciddi məlumatlar var. Rövşən Məmmədov mətbuata açıq insan deyil.

Bizim suallarımızı da cavablanıdırmaq şərtilə, biz onun istənilən açıqlamasını verməyə hazırıq”.

Sonda baş redaktor kanalın kadr yerdəyişmələrindən də danışıb. Onun fikrincə, hazırda işinin peşəkarı olan mütəxəssisləri, “Avropa “dəyərlərinin” daşıyıcıları əvəz edib.

“Həyat yoldaşının əmisi Xəlilin televiziyada fəaliyyətini kollektiv ürəkağrısı ilə seyr edir.

Arzu Abdullayev, Knyaz Mehdiyev və digər adını çəkmədiyim, uzun illər Aztv-nin texniki xarakteristikasını bilən şəxslər işdən kənarlaşdırıldı. Xatirə Sadiq kimi tanınmış jurnalistə haqsızlıq etdi. Gülşən Əkbərova kimi əfsanəvi televiziya işçisinə qarşı şər-böhtanı isə rəhbər şəxs etməzdi.

O, peşəkar kadrların yerinə ora “Avropa dəyərlərinin” daşıyıcıları ilə doldurdu. Saqqallı, kalqotkalı, qulağı sırğalı şəxslər işə götürüldü. “Kreativ” qrup adı altında toplaşan “gənclər” Azərbaycan Televiziyasının keçmişinə xor baxdı. Nəticə isə ortadadır. Əli Həsənovun ideologiyasından qurtula bilməyən bu qurum özünün ən fəlakətli dövrünü yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin