Ali Məhkəmə “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin enerji şöbəsinin rəisi Azər Abdullayevin barəsində olan hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İbtidai istintaq orqanı tərəfindən elan olunan ittihama əsasən, A.Abdullayev Neftçala Elektrik Şəbəkəsinin enerji satış şöbəsinin rəisi vəzifəsində işləyərkən 2020-ci ildə rayonun Həsənəbad qəsəbə sakininə məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisi verilişini qanunsuz dayandırıb.
Daha sonra vətəndaş Neftçala Rayon Prokurorluğuna şikayət edib.
A.Abdullayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittihah irəli sürülüb.
Neftçala Rayon Məhkəməsinin hökmü ilə A.Abdullayevin qazancından 20 faiz dövlət nəfinə tutulmaqla o, 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib, A.Abdullayevin əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib (report).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:17 / 28.03.2022
Ali Məhkəmədən “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı QƏRAR
Hazırda oxunan: Ali Məhkəmədən “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı QƏRAR
Hazırda oxunan: Ali Məhkəmədən “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı QƏRAR
66773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.