"Son iki - üç gün ümumiyyətlə danışmadı. Bir ay idi ki səhhəti pisləmişdi. O mənə qayınata deyil, ata idi".
Bunu Ayaz Mütəllibovun gəlini Elnarə Mütəllibova eks - prezidentin vida mərasimi zamanı Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə Ayaz Mütəllibovun müalicəsində dövlət rəsmilərinin çox böyük dəstəyi olub:
"Onlar çətin günlərimizdə yanımızda oldu. Hər kəs sağ olsun. Bildiyim qədər I vitse-prezidentin də dəfn xərcləri ilə bağlı xüsusi tapşırığı olub".
Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 28.03.2022
"O mənə qayınata yox, ata olub" - Ayaz Mütəllibovun GƏLİNİ
Hazırda oxunan: "O mənə qayınata yox, ata olub" - Ayaz Mütəllibovun GƏLİNİ
Hazırda oxunan: "O mənə qayınata yox, ata olub" - Ayaz Mütəllibovun GƏLİNİ
66751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.