Şahlar Əsgərovdan Vasif Talıbovun addımına dəstək

Hazırda oxunan: Şahlar Əsgərovdan Vasif Talıbovun addımına dəstək

66737
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müzeylərlə bağlı imzaladığı son sərəncamdan məmnunluğunu Moderator.az-a bu cür ifadə edib:

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov bu günlərdə imzaladığı sərəncama görə Naxçıvanda dövlət orqanlarının işçiləri kollektiv şəklində muzeylərə gedəcəklər. (//www.huquqiaktlar.nakhchivan.az/StatementDetails.aspx”¦)

Çox təəssüf ki, bu pozitiv qərarı neqativ qarşılayanlar da oldu. Müzeyləri gəzmə, səyahət etmək, kitab oxumaq və bunun kimi hərəkətlər, təhsil ocaqları kimi insanı dəyişdirir, kamilləşdirir. "Kamilləşən Düşüncə"də bu haqda geniş yazılıb. Vasif müəllimin bu sərəncamı çox önəmlidir. Millətin səviyyəsini qaldırmaq üçün bəzən onun əlindən tutmalısan.

Hesab edirəm ki, bu çox əhəmiyyətli bir sərəncamdır. Bu sərəncam əhalinin kamilləşməsinə, elmi dillə desək, insan inkişaf indeksinin və ya kamilləşmə faktorunun artmasına xidmət edir. "İnsan-dünya" münasibətləri idrak prosesində dərk olunur. Bu prosesdə təhsilin, mədəniyyətin rolu əvəzsizdir. Bu işdə muzeylərin rolu da çox əhəmiyyətlidir. Müzeylər keçmişimizi bu günə qoşur. Dialektik inkişafı aydın təsəvvür etməyə kömək edir. Nəticədə insan kamilləşir. Bu düşüncə ilə Naxcıvan Qərbə açılan bir pəncərəyə çevrilir. Bu sərəncamı alqışlamaq lazımdır.
P.S. Bu  fikrləri yazarkən ölkəmizdə politexnik muzeyin olmamasını çox təəssüf hissi ilə qeyd edirəm.. Politexnik muzeyi ona görə lazımdır ki, gənclər texniki tərəqqini izləyə bilsinlər. Misal üçün, bu gün işlədilən telefonun Leninin işlətdiyi telefondan fərqini aydın şəkildə görə bilsinlər."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin