Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirildi

Hazırda oxunan: Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirildi

66650

Çin dili üzrə rəsmi sınaq mərkəzi olan, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 2022-ci ildə Çin dili üzrə ilk oflayn “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib.

Azərbaycan Dillər Universitetindən Bizim.Media-ya bildiriblər ki, oflayn imtahanın keçirilməsi proktorinq ilə testlərdən fərqli olaraq, həm də iştirakçılara bir sıra psixoloji və texniki problemləri aradan qaldırmağa imkan verir.

İmtahanlarda ADU-nun və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər.

İmtahanqabağı məsləhətləşmələr zamanı Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, dinləmə, oxu texnikası, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları və bilikləri sahəsində qoyulan tələblər ilə tanış ediblər.

ADU-nun Konfutsi İnstitutunun imtahan mərkəzinin əməkdaşları tərəfindən oflayn rejimdə imtahanın təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində tədbirlər, o cümlədən imtahan otaqlarının dezinfeksiya edilməsi, maska rejiminə və sosial məsafəyə riayət olunması təmin edilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov vurğulayıb ki, HSK, HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Azərbaycanda Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanları sayılan HSK, HSKK-nin təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin