Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin ikincisi Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanovla (63,5 kq) Nəbi İsgəndərovu (67 kq) uğurları münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq uğurlu nəticədir.
Onun sözlərinə görə, Avropa çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir.
Federasiya prezidenti vurğulayıb ki, yığmamız U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 27.03.2022
Nazir Avropa çempionatında medal alan boksçularla görüşdü - FOTO
Hazırda oxunan: Nazir Avropa çempionatında medal alan boksçularla görüşdü - FOTO
Hazırda oxunan: Nazir Avropa çempionatında medal alan boksçularla görüşdü - FOTO
66629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.