“Şuşa İli” ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin təklifləri nəzərə alınmaqla, Tədbirlər planı hazırlanıb.
AMEA-dan Bizim.Media-ya verilən xəbərə görə, Tədbirlər planı AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur.
Eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfranslar təşkil olunacaq.
Qeyd edilib ki, Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf kəndlərin orta təhsil məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də il çərçivəsində qarşıda duran mühüm vəzifələrdəndir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 27.03.2022
Şuşada beynəlxalq elmi konfranslar keçiriləcək - AMEA təsdiq edib
Hazırda oxunan: Şuşada beynəlxalq elmi konfranslar keçiriləcək - AMEA təsdiq edib
Hazırda oxunan: Şuşada beynəlxalq elmi konfranslar keçiriləcək - AMEA təsdiq edib
66623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.