Rusiya Federasiyasının Ukraynadakı müharibəyə görə öz qoşunlarının bir hissəsini Abxaziya və Gürcüstanın Sxinvali bölgəsindən çıxarması ilə bağlı məlumatlar artıq hamıya məlumdur.
Bizim.Media xəbər verir ki, əldə edilən kadrlarda Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasından texnikanın bir hissəsinin çıxarılması prosesini müşahidə edə bilərsiniz.
Texnikaların çıxarılması “Laçın dəhlizi” vasitəsilə həyata keçirilir. Yalnız martın 26-dan aşağıdakı videoda ruslar 4 ədəd UAZ Patriot, 1 Tiqr, 3 ədəd “KamAZ”, 1 “Ural” və 1 QAZ-66 çıxarıblar.
Eyni zamanda, Qarabağ separatçılarının “rəhbəri” Azərbaycan Respublikasının Qarabağ bölgəsində Rusiya kontingentinin sayının artırılması xahişi ilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərib (caliber.az).
Bizim.Media