İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.
Bizim.Media