Bu ərazidə Kürün səviyyəsi 123 santimetr qalxıb - FOTO

Hazırda oxunan: Bu ərazidə Kürün səviyyəsi 123 santimetr qalxıb - FOTO

66532

Son günlər Kür çayında suyun səviyyəsi qalxıb. Buna səbəb bir neçə gündür fasiləsiz yağan yağıntılardır. Kür çayında suyun səviyyəsində olan artım martın ikinci on günlüyündən etibarən müşahidə edilir. Bununla yanaşı, çayın axını da xeyli sürətlənib. Bir müddət əvvəl su azlığı zamanı əmələ gələn kiçik adalar da yoxa çıxıb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Kür çayında müşahidə olunan suyun artması ilə bağlı danışan Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib:  

“Martın ikinci on günlüyündən etibarən yağan yağıntılarla əlaqədar çaylarda o, cümlədən Kür çayında sululuq artıb.

Kür çayının aşağı axınında suyun səviyyəsi martın əvvəlində müşahidə olunan minimal səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 82 sm, Surrada 123 sm, Şirvanda 108 sm, Salyanda 112 sm, Bankədə 37 sm, Kür çayına tökülən Araz çayının Novruzlu məntəqəsində 63 sm çox olub”.  

Onun sözlərinə görə, martın əvvəlində Kür çayının Surra məntəqəsində sululuq 22 metrkub/saniyə təşkil edirdisə, yağan yağıntılarla əlaqədar sululuq artaraq hazırda 114 metrkub/saniyə təşkil edir. Nəticədə çayda duzluluq azalaraq norma daxilində olub:  

“Bundan başqa, qarşıdan yaz-yay gursululuq dövrü gəlir, həmin dövrdə havanın temperaturunun yüksəlməsi nəticəsində dağlarda qarın tədricən əriməsi və yağan yağışlarla əlaqədar çaylarda, o cümlədən Kürə tökülən çaylarda sululuğun artımı gözlənilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin