Bakıdan göndərilən 30 ton humanitar yardım Kiyevə yola düşdü - FOTO

Hazırda oxunan: Bakıdan göndərilən 30 ton humanitar yardım Kiyevə yola düşdü - FOTO

66448

Bakı Şəhər İcra Hakimiyyətindən göndərilən 30 ton humanitar yardım artıq Kiyevə yola düşüb. 

Bizim.Media xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri səfiri Vladislav Kanevski bu barədə “Facebook” səhifəsində yazıb. 

“Qardaş şəhərdən humanitar yardım - söz ilə deyil, əməl ilə verilən dəstəkdir. Təşəkkürlər, Bakı!”, - deyə səfir əlavə edib. 

Xatırladaq ki, son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin