“Rəmişin erməni dilində mahnı oxumasını düzgün qarşılamıram.”x9d
Bunu Moderator.az-a açıqlamasında tanınmış xanəndə Qoçaq Əsgərov bildirib:
“Bu işlərə əslində Mədəniyyət və Turizm Nazirliyi nəzarət etsə daha yaxşı olar. Amma o da var ki, insanın daxili aləmindən, mənəviyyatından çox şey asılıdır. Mədəniyyət Nazirliyi isə insaf naminə deməliyik ki, hər insana bir- bir nəzarət etmək imkanında deyil. Gərək insanlarımızda özünənəzarət hissi olsun və belə şeylərə yol verməsinlər"
Xalq artisti Mənsum İbrahimovsa Rəmişin belə bir addım atdığına inanmır:
“İnanmıram buna, Rəmiş çox vətənpərvər oğlandır. Axı məncə Rəmiş heç ermənicə bilmir, o erməni dilində mahnını necə oxuya bilər?“
































































































