Təhsil nazirindən gənclərə ÇAĞIRIŞ: “Bu müsabiqə sizə böyük imkanlar yaradır” 

Hazırda oxunan: Təhsil nazirindən gənclərə ÇAĞIRIŞ: “Bu müsabiqə sizə böyük imkanlar yaradır” 

66405

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazir deyib:

“Hörmətli gənclər, Azərbaycan hazırda öz inkişafının çox önəmli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizdə köklü yenidənqurma və bərpa işlərinə başlanılmışdır.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil nazirinə yeni hüquqlar verildi – QANUNA DƏYİŞİKLİK


İşğaldan azad edilmiş torpaqlarımızın və həmin torpaqlarda yaşayışın bərpası, o cümlədən, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün insan amili müstəsna rol daşıyır. Düşünürəm ki, istedadlı və bacarıqlı insanların ölkəmizdə idarəetməyə cəlb edilməsi ölkəmizin qarşısında duran vacib vəzifələrin həllində önəmli rol oynayır.

Bu baxımdan ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş “Yüksəliş” müsabiqəsi Azərbaycan gənclərinə böyük imkanlar və fürsətlər yaradır. Bildiyiniz kimi, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilmişdir.

Xüsusilə, Azərbaycanın təhsil sisteminə öz töhfələrini vermiş müəllimlər, gənc mütəxəssislər və tədqiqatçılarımız, öz təhsilini xaricdə başa vurmuş və ya təhsilini xaricdə davam etdirən gənclərimiz üçün “Yüksəliş” müsabiqəsi olduqca önəmli bir fürsətdir. Sizin hər birinizi bu dəyərli fürsətdən istifadə etməyə və “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıram”. 

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 

Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. (Azərtac) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin