Zaqatalada doğuş zamanı ana ölümü ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: Zaqatalada doğuş zamanı ana ölümü ilə bağlı cinayət işi açıldı

66396

Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı cinayət işi başlanılıb. 

Bizim.Media xəbər verir ki,Zaqatala Rayon Prokurorluğundan medianın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Xatıradaq ki, Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib.

Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər. 
Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər.

Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin