Bakıda qanunsuz parking söküldü - FOTO

Hazırda oxunan: Bakıda qanunsuz parking söküldü - FOTO

66306

Dünən Facebook istifadəçilərdən biri öz səhifəsində Bakının Xocalı prospektində, “Mübarək” şadlıq evinin önündəki yolun parking üçün dəmirlərlə bağlandığı haqda foto paylaşmışdı.

O, Bakı Nəqliyyat Agentliyinin rəhbəri Mais Ağayevə, Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək qanunsuz parkingin sökülməyinin vacibliyini vurğulamışdı. 

Bu gün isə həmin parkingin söküldüyü haqda informasiya sosial şəbəkələrdə yer alıb. 

Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı artıq tədbir görüldüyünü deyib. 

Mənbə qeyd edir ki, ərazidə quraşdırılan dəmir kilidlər sökülüb və plastik arakəsmə qoyulub.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin