“Bəli, biz rəsmi olaraq bəyan edirik ki, Qarabağda ermənilərlə birgə yaşayacayıq, bu, siyasətdir. Amma nə qədər ki, Qarabağda ermənilər kompakt yaşayır, orada əbədi sülh olmayacaq, heç bir zaman olmayacaq!”
Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış bloger jurnalist Azər Qərib öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Qarabağa qayıdan azərbaycanlılar ermənilərlə dostluq etməməlidirlər.
Azərbaycan xalqının tolerant bir millət olduğunu qeyd edən jurnalist, ermənilərin törətdikləri cinayətlərin heç zaman unudulmayacağını da vurğulayıb.
“Odur ki, bunun yalnız bir çarəsi var, Qarabağa qayıdan azərbaycanlılar ermənilərlə dostluq, yoldaşlıq etməməlidirlər, nə bilim gedib-gəlmə, qonaqlıq, dost filan, lazım deyil. Bəli, biz tolerant millətik, biz sizi döymürük, söymürük, öldürmürük, yaşamaq hüququnuzu əlinizdən almırıq, amma bizdən qonağpərvərlik, yoldaşlıq, "davayte vsyo zabudim" kimi yanaşmanı gözləməyin”.
A. Qərib həmçinin azərbaycanlıların onlara göstərdikləri soyuq münasibətə görə ermənilərin Qarabağdan köçməyə məcbur olduqlarını da yazıb.
“Soyuq münasibət, nə salam, nə kəlam. Yəni, havada elə mühüt olmalıdır ki, özləri könüllü olaraq köçüb getsinlər. Yəni, həm onlara qarşı davasız-şavasız mənfi münasibətimizi göstərməliyik ki, siz burada arzuolunan deyilsiniz, həm də doğum sayını artırmalıyıq Qarabağda. Məsələnin həlli yolunu şəxsən mən yalnız bunda görürəm...”
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:05 / 28.12.2020
Azər Qərib: "Nə qədər ki, Qarabağda ermənilər kompakt yaşayır, orada əbədi sülh olmayacaq"
Hazırda oxunan: Azər Qərib: "Nə qədər ki, Qarabağda ermənilər kompakt yaşayır, orada əbədi sülh olmayacaq"
Hazırda oxunan: Azər Qərib: "Nə qədər ki, Qarabağda ermənilər kompakt yaşayır, orada əbədi sülh olmayacaq"
6623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.